RUSİYA » CƏMİYYƏT
10 Avqust 2022, 17:45 (GMT +4)

Rusiyada mart ayından bəri COVID-19-a maksimum yoluxma faktı aşkarlanıb

Bakı, 10 avqust, SalamNews. Rusiyada martın 26-dan etibarən yeni növ koronavirus infeksiyasına maksimum yoluxma faktı qeydə alınıb. 

SalamNews xəbər verir ki, bu barədə COVID-19-la Mübarizə üzrə Operativ Qərargahın saytında məlumat verilib. 

Məlumata görə, Rusiyada son sutka ərzində 23 771 koronavirusa yoluxma halı qeydə alınıb ki, bu da martın 26-dan bəri maksimumdur.

Ötən gün 16 325 yoluxma faktı aşkar edilib.

Son 24 saat ərzində ölənlərin sayı 56 nəfər olub. Ümumilikdə pandemiyanın başlanğıcından indiyədək 382 902 nəfər xəstəlikdən dünyasını dəyişib. 

Ötən sutka ərzində sağalma hallarının sayı 14 552 nəfər təşkil edib.