AZƏRBAYCAN » CƏMİYYƏT
12 Avqust 2022, 16:33 (GMT +4)

Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bakı, 12 avqust, SalamNews. Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Bu barədə SalamNews-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28785 nikah və 7531 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.