![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() Bağdadda silahlı toqquşmalarda ölənlərin sayı 30-a çatıb Bakı, 30 avqust, SalamNews . Son məlumatlara görə, Bağdadın yaşıl zonasında İraq təhlükəsizlik qüvvələri ilə Müqtəda əs-Sədr tərəfdarları arasında baş verən toqquşmalarda azı 30 nəfər ölüb, 700 nəfər yaralanıb. SalamNews-un "MehrNews"a istinadla verdiyi xəbərə görə, bazar ertəsi siyasətdən getdiyini elan edən iraqlı siyasətçi Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadın hökumət binalarının və xarici dövlətlərin səfirliklərinin yerləşdiyi yaşıl zonaya soxularaq Respublika Sarayını mühasirəyə alaraq binaya daxil olublar. Ümummilli komendant saatına baxmayaraq, İraqın paytaxtında və bir sıra rayonlarında qarşıdurmalar davam edir. |