![]() |
DÜNYA » SİYASƏT |
![]() İranda polis və təhlükəsizlik qüvvələrilə toqquşmalarda xəsarət alanlar var Bakı, 20 sentyabr, SalamNews, B.Samid. İranda Məhsa Əmini adlı 22 yaşlı gənc qadının ölümündən sonra baş verən etirazlar az sonra iğtişaşlara və toqquşmalara çevrilib. SalamNews İran mətbuatına istinadən xəbər verir ki, ötən günün toqquşmalarında hər iki tərəfdən yaralanan və xəsarət alanlar var. Etirazlar kürdlərin yaşadığı və Məhsa Əmininin mənsub olduğu Kürdüstan əyalətinin Sənəndəc şəhərindən başlayıb. Rəşt və Tehranda baş tutan etirazlar az sonra iğtişaşlar və təhlükəsizlik qüvvələrilə toqquşmalara çevrilib. Qeyd edək ki, İranda polis (Gəşte-Erşad) tərəfindən saxlanılan Məhsa Əmini idarədə ölüb. İlk mərhələdə onun işkəncə və ya zərbə nəticəsində ölümü iddia edilsə də polis Məhsa Əminin idarəyə aparılması və ölüm anı haqda çoxsaylı videolar yayımlayaraq, iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Bildirək İran prezidenti Məhsa Əminin ölümü ilə bağlı araşdırma işinin başlanması haqda göstəriş verib. |