RUSİYA » SİYASƏT
28 Sentyabr 2022, 14:44 (GMT +4)

Zaxarova: Kiyevin “brendi altında” ekstremist fəaliyyət NATO maliyyəsi ilə həyata keçirilir

Bakı, 28 sentyabr, SalamNews. “Kiyev rejiminin brendi altında” ekstremist fəaliyyət NATO və kollektiv Qərbin birbaşa maliyyəsi ilə həyata keçirilir.

SalamNews xəbər verir ki, bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiostansiyasının efirində bildirib.

Diplomat avqustun sonunda avtomobili partladılmış jurnalist Darya Duqinanın qətlini xatırladıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, qətli Ukrayna xüsusi xidmət orqanları hazırlayıb. Zaxarova bu hadisədən sonra rusiyaların aldıqları şəxsi təhdid mesajlarına da diqqət çəkib.

"Bu Ekstremist informasiya-terror fəaliyyəti deyilsə, nədir? İstənilən dərsliyi açıb baxın. Bütün bunlar və daha çoxu: Kiyevə hər cür silahların verilməsi, Kiyev rejiminin brendi altında həyata keçirilən bu çox ekstremist fəaliyyətin sponsorluğu birbaşa olaraq Qərbin, NATO-nun bütün imkanları ilə reallaşır. Bütün bunlara Vaşinqtonda təhrik edir", deyə XİN nümayəndəsi bildirib.