RUSİYA » SİYASƏT
30 Sentyabr 2022, 16:48 (GMT +4)

Putin Kiyevi dərhal atəşi dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb

Bakı, 30 sentyabr, SalamNews. Rusiya prezidenti Vladimir Putin Kiyevi dərhal atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb. 

SalamNews xəbər verir ki, prezident bu barədə Kremlin Georgiyevski zalında çıxışı zamanı bildirib. 

"Biz Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları, 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq", deyə Putin qeyd edib. 

Prezident həmçinin sentyabrın 30-da Moskvada "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə ölkənin dörd yeni subyektinin qəbulu ilə bağlı sazişlərin imzalanacağını açıqlayıb.