DÜNYA » QATAR 2022
23 Noyabr 2022, 10:47 (GMT +4)

DÇ-2022: Xorvatiya və Almaniya mübarizəyə başlayır

Bakı, 23 noyabr, SalamNews, R.Nadirli. Qətərdə təşkil start götürən dünya çempionatında bu gün daha 4 matç oynanılacaq.

SalamNews xəbər verir ki, E və F qrupunun görüşləri keçiriləcək.

F qrupunda yer alan Xorvatiya Mərakeşlə qarşılaşacaq. Belçika isə mundialda ikinci dəfə iştirak edən Kanadanı sınağa çəkəcək.

E qrupunda isə Yaponiya Almaniya, Kosta-Rika isə İspaniya sınağına çıxacaq.

Dünya çempionatı

23 noyabr

F qrupu

14:00. Mərakeş - Xorvatiya
23:00. Belçika - Kanada

E qrupu

17:00.Almaniya - Yaponiya
​20:00. İspaniya - Kosta Rika