![]() |
DÜNYA » SİYASƏT |
![]() Cari ildə İsrail qüvvələrinin hücumu və toqquşmalarda 202 fələstinli həlak olub Bakı, 24 noyabr, SalamNews, B.Samid. Cari ildə İordan çayının qərb sahilində və Qəzzada İsrail qüvvələrinin hücumu zamanı və toqquşmalarda ümumilikdə 202 fələstinli həlak olub. SalamNews xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi sosial şəbəkələrdəki hesabları üzərindən məlumat verib. Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, İsrail qüvvələrinin hücumu və toqquşmalarda öldürülən fələstinlilərin 150-i İordan çayının qərb sahilində, qalanı isə Qəzzada həlak olanlardır. Qeyd edək ki, son günlər İordan çayının qərb sahilinin Nablus, Cenin, Qüds və sair bölgələrində gərginliklər kəskin artıb. Əlavə edək ki, İordan çayının qərb sahili 1967-ci ildən İsrail tərəfindən işğal edilib. Qəzza isə 2008-ci ildən hava, quru və sudan mühasirədədir.
|