AZƏRBAYCAN » CƏMİYYƏT
01 Dekabr 2022, 15:36 (GMT +4)

Deputat Rüfət Quliyev: Supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir

Bakı, 1 dekabr, SalamNews. Azərbaycanda bəzi supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir.

SalamNews xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında deyib. 

"Bir butulka suyu götürürsən, qiyməti üstündə 90 qəpikdir, kassada isə 1,10 manat göstərilir. Vətəndaşlar bu proseslərin yenidən başladığı ilə bağlı müraciət edirlər", - deputat deyir.

Onun sözlərinə görə, digər məsələ isə supermarketlərdə vaxtı keçmiş məhsulların satışa çıxarılmasıdır: "Bu problem birdəfəlik həll edilməlidir. Neçə dəfə görmüşəm ki, üstündəki yazını pozub yenisi ilə əvəz edib istifadə müddətini uzadırlar".