DÜNYA » SİYASƏT
01 Dekabr 2022, 17:24 (GMT +4)

Polşa höküməti: Almaniya Ukraynaya hərbi yardımda zəif iştirak edir

Bakı, 1 dekabr, SalamNews. Polşa hakimiyyəti hesab edir ki, Almaniya Ukraynaya hərbi sahədə çox az kömək edir. 

SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bunu cümə axşamı parlamentdə Polşanın baş nazirinin müavini Mariuş Blaşçak bildirib. 

Onun sözlərinə görə, indiyədək “Almaniyanın hərbi yardımı ilk növbədə deklarativ xarakter daşıyırdı”. 

"Almaniyanın Ukraynaya yardımda zəif iştirakı faktdır. Alman hakimiyyəti buna görə öz cəmiyyəti tərəfindən tənqid olunur", deyə Blaşçak qeyd edib.