![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() Somalinin mərkəzində iki minalanmış maşın partladılıb, azı 15 ölü varBakı, 4 yanvar, SalamNews, S.Bağırov. Somalının mərkəzində Hiraan əyalətinin Mahaas qəsəbəsində kamikadzelərin idarə etdiyi minalanmış maşınlar partladılıb. SalamNews Sputnik-ə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, əl-Şəbab qruplaşmasının iki kamikadze üzvü Mahaas qəsəbəsində rəsmilərin və hərbçilərin olduğu obyekti iki minalanmış maşınla hədəfə alıblar. Məlumata görə azı 15 ölü var. Az keçməmiş əl-Şəbab bəyanat yayaraq hücumu üzərinə götürüb, hökumət qüvvələrindən 50 nəfərin öldüyünü iddia edib. |