![]() |
DÜNYA » SİYASƏT |
![]() Ərəb Dövlətləri Liqası İsrail qüvvələrinin Cenin şəhərinə hücumu ilə bağlı bəyanat verib Bakı, 27 yanvar, SalamNews, S.Bağırov. İslam Əməkdaşlıq Şurasından sonra Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Təşkilatı da İsrail qüvvələrinin Cenin şəhərinə hücumu haqda bəyanat veriblər. SalamNews xəbər verir ki, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası İsrail qüvvələrinin ötən gün Cenin şəhəri və düşərgəsinə hücumunu və burada 10 fələstinlinin qətlə yetirilməsini ən sərt şəkildə pisləyiblər. Ərəb Dövlətləri Liqasının internet saytında qeyd olunub ki, Liqanın baş katibi Əhməd Əbul-Qeyt "İsrail işğalçı qüvvələri tərəfindən həyata keçirilən Cenin şəhəri və düşərgəsinə hücum prosesini ən sərt şəkildə" pisləyib. Baş katibin sözçüsü Camal Rüşdi bildirib ki, Əbul-Qeyt “işğal olunmuş ərazilərdə baş verənləri böyük narahatlıqla izləyir, baş verənlərlə bağlı beynəlxalq susqunluğu pisləyir, bu, açıq-aşkar ikili standartları qınayır.” Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Nayif Fəlah Mübarək Əl-Həcrəf da öz növbəsində “İsrailin işğal olunmuş Fələstin şəhərlərinə hücumlarının davam etməsini, ən sonuncusu isə bu dəhşətli qətliam nəticəsində ölüm və yaralılara səbəb olan Cenin şəhərinə təcavüzü” kəskin pisləyib. |