![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() İranda sursat zavodu PUA-ların hücumuna məruz qalıb Bakı, 29 yanvar, SalamNews. İsfahanda İran Müdafiə Nazirliyinə məxsus sursat zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb. "Hərbi obyekt yanvarın 28-də yerli vaxtla saat 23:30-da üç PUA-nın hücumuna məruz qalıb. Hər üç PUA İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Əməliyyat zamanı xəsarət alan olmayıb”, deyə məlumatda deyilir. Açıqlamada dronların kimə məxsus olmasına dair məlumat verilməyib. Öz növbəsində İran İslam Respublikasının Radio və Televiziyası İsfahan şəhərində yerləşən hərbi zavodda güclü partlayış səsinin eşidildiyini bildirib.
|