![]() |
DÜNYA » SİYASƏT |
![]() İsrailin xarici işlər naziri Ukraynaya gedəcək Bakı, 31 yanvar, SalamNews, S.Bağırov. İsrailin Kiyevdəki səfirliyinin yenidən fəaliyyətə başlamasından sonra bu ölkənin xarici işlər naziri də Ukraynaya gedəcəyini bildirib. SalamNews xəbər verir ki, Eli Kohen bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib. “Mən bir neçə gün öncə Ukraynalı həmkarımla danışan zaman ona məlumat verdim ki, İsrailin səfirliyi fəaliyyətini bərpa edəcək. Həmçinin mən onu tezliklə Kiyevə gedəcəyim barədə və Yaxın Şərqdən Kiyevə gedən ilk nazir olacağım barədə xəbərdar etdim”, deyə İsrail XİN rəhbəri əlavə edib. Qeyd edək ki, ABŞ İsraili Kiyevə dəstəklə bağlı təşviq etməkdədir. ABŞ mənbələrinin məlumatına görə, ötən həftələrdə İsraildə (ABŞ-a məxsus) bazalardan Ukraynaya çoxlu miqdarda mərmi və silah-sursat daşınıb. |