DÜNYA » SİYASƏT
02 Fevral 2023, 12:44 (GMT +4)

Sudanla İsrail arasında əlaqələrin normallaşdırılması müqaviləsinin imzalanması gözlənilir

Bakı, 2 fevral, SalamNews. Bu gün göyərtəsində İsrail rəsmilərinin olduğu təyyarə Xartuma uçub. İki ölkə arasında münasibətlərin normallaşdırılması müqaviləsinin imzalanacağı gözlənilir.

SalamNews xəbər verir ki, bu barədə Haaretz qəzeti İsrailin mənbələrinə istinadən xəbər verib.

Qəzet bildirib ki, bu gün Ben Qorion hava limanından Sudanın Xartum limanına təyyarə uçub. Bu təyyarədə İsrailin bir sıra rəsmiləri var.

Məlumata görə, Sudanla İsrail arasında əlaqələrin normallaşdırılması müqaviləsi imzalanacaq.

Qeyd edək ki, bu minvalla Sudan İsraillə münasibətləri normallaşdıran altıncı ərəb dövləti olacaq.