DÜNYA » İQTİSADİYYAT
03 Fevral 2023, 14:55 (GMT +4)

Dünya bazarında neftin qiyməti dəyişib

Bakı, 3 fevral, SalamNews. Dünya bazarında neftin qiyməti aşağı düşüb.

SalamNews-un “Bloomberg”ə istinadla verdiyi xəbərə görə, "WTI" markalı neftin mart fyuçersləri bir barel üçün 0,24% ucuzlaşaraq 75,7 dollara, "Brent" markalı neftin aprel fyuçersləri isə 0,19% ucuzlaşaraq 82,01 dollar/barelə bərabər olub.