AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Fevral 2023, 16:55 (GMT +4)

Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Bakı, 3 fevral, SalamNews. Azərbaycan İtaliya ilə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi və bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib.

SalamNews xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

“İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayan TAP-ın genişləndirilməsi və bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə etdik”, - deyə nazir bildirib.