![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Qəbələdə avtomobil təmiri sexi yanıb Bakı, 4 fevral, SalamNews. Qəbələ rayonunun Böyük Pirəli kəndində ümumi sahəsi 104 m² olan bir dam altında tikilən üç boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb. Bu barədə SalamNews-a FHN-dən məlumat verilib. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |