![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub Bakı, 4 fevral, SalamNews. Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var. Bu barədə SalamNews-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb". Faktla bağlı araşdırma aparılır. |