![]() |
DÜNYA » SİYASƏT |
![]() Bloomberg: ABŞ-ın F-35 qırıcılarının yalnız yarısı vəzifələrin icrasına hazırdır İstanbul, 30 mart, SalamNews. ABŞ-ın F-35 qırıcılarının yarısı döyüş uçuşları həyata keçirə bilmir. SalamNews "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Maykl Şmidt bildirib. Ounn sözlərinə görə, hazırda ABŞ-da olan 540-dan çox F-35 qırıcısının yalnız 53,1 faizi vəzifələrin icrasına hazırdır. Qeyd edilir ki, bəzi F-35-lər təlim, sınaq və döyüş uçuşları həyata keçirə bilmir. M.Şmidt əlavə edib ki, belə təyyarələrin payı 30%-dən azdır. |