![]() |
DÜNYA » SİYASƏT |
![]() Putin: ABŞ-ın rəngli inqilabları dəstəkləməsi Ukraynada bugünkü böhrana gətirib çıxarıb İstanbul, 5 aprel, SalamNews. Rusiya ilə ABŞ arasında münasibətlər dərin böhran yaşayır. SalamNews xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin yeni səfirlərinin etimadnaməsini qəbulu mərasimində deyib. Rusiya liderinin sözlərinə görə, ABŞ-ın öz xarici siyasətində rəngli inqilabları dəstəkləməsi,o cümlədən Ukraynada, bu günkü böhrana gətirib çıxarıb. Rusiya ABŞ-la münasibətlərin yalnız bərabərlik, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmasının tərəfdarıdır. Biz həmişə Rusiya-Amerika münasibətlərinin yalnız bərabərlik, bir-birinin suverenliyinə və maraqlarına hörmət, daxili işlərə qarışmama prinsipləri əsasında qurulmasının tərəfdarı olmuşuq. Gələcəkdə bunu rəhbər tutacayıq", - deyə Rusiya Prezidenti vurğulayıb. Qeyd edək ki, Rusiya prezidentinə etimadnamələrini təqdim edən səfirlər arasında ABŞ-ın yeni səfiri Linn Treysi də var. |