Gəncə avtomobil zavodunun fəaliyyətə başlamasından 10 il ötür (FOTO)
Gəncə, 4 dekabr, SalamNews, Q.Rəhimli. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gəncə avtomobil zavodunun 10 yaşı tamam olub.
SalamNews-un bölgə müxbirinin xəbərinə görə, 2004-cü ildə cəmi 85 nəfərlə işə başlayan zavod ilk istehsala "OKA" markalı minik aftomobiliylə başlayan zavodda indi ağır texnikalar belə yığılır, satışa çıxarılır və zavodun maliyyə dövriyyəsi ilbəil artır. 2005-ci ildən isə "UAZ" markalı aftomobilin 10 modeli Gəncə aftomobil zavodunda yığıldi və bu say 243-ə çatdırılıb.
Gəncə aftomobil zavodu istehsalat birliyinin baş direktoru Xanlar Fətiyev jurnalistlərə deyib ki, aftomobil zavodunun Gəncədə layihələndirilməsi keçmiş ittifaqın mərkəzində birmənalı qarşılanmayıb. Bu işə ən çox o dövrdə Moskvada yüksək vəzifə tutan ermənilər mane olublar. Lakin Heydər Əliyevin ciddi cəhdi nəticəsində bütün maneələr dəf edildi və zavodun tikintisinə başlanılıb. Hazirda Gəncə aftomobil zavodu Minsk aftomobil zavodu ilə birgə ən ağır maşın və mexanizmin istehsalını gerçəkləşdirir.
Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskyeviç bildirib ki, bu cür dərin iqtisadi köklərə malik əməkdaşlıq bundan sonra da davam edəcək.
Bildirək ki, zavodun həyatında əsaslı dönüş 2006- cı ildən başlayıb, 5.431 ədəd müxtəlif markalı təkərli traktor yığılıb. Bunun 4600-ü dövlət sifarişli olub. Ötən müddət ərzində 2212 "MAZ" markalı yük maşınının yığılması və hazırda işçi sayının 500-ə çatması da zavodun yubiley tarixinə yazılan uğurlardandır.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.