Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Xəzər Universiteti dünyanın 100 ən yaxşı ali məktəbi siyahısına düşüb

16 Yanvar 2015, 11:20 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış “QS” təşkilatı 2014-cü il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Təşkilat ilk dəfə Şərqi Avropa, MDB və Türkiyə də daxil olmaqla, böyük bir regionun 100 ən yaxşı ali məktəbini müəyyənləşdirib.

SalamNews xəbər verir ki, bu münasibətlə Xəzər Universitetində “Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri” mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, bu reytinq cədvəlində Azərbaycanın üç ali məktəbi yer alıb. Xəzər Universiteti 39.6 balla 100 ən yaxşı ali məktəb arasında 71-ci yeri, Azərbaycanı təmsil edən ali məktəblər arasında isə birinci yeri tutub. Reytinq cədvəlinə əsasən məzunların nüfuzlu təşkilatlarda işləməsi, müəllim-tələbə nisbəti və digər təhsil göstəriciləri nəzərə alınıb.

Qeyd olunub ki, xarici mütəxəssislərin işə cəlb olunması indikatoru üzrə Xəzər Universiteti ilk beş ən yaxşı universitet sırasındadır. Bu ali təhsil ocağı magistr ixtisasları üzrə də dünyanın ən yaxşı magistr proqramı siyahısında yer alıb.

Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biri də EDUNIVERSAL Beynəlxalq Elmi Cəmiyyətidir. Bu təşkilat hər il dünyada 12 mindən çox magistr proqramlarını tədqiq edir, qiymətləndirir və “Ən Yaxşı Magistr Proqramları”nı elan edir. Bu qiymətləndirmə perspektivli tələbələrə daha yaxşı seçim imkanı verir.

Ötən il dekabrın 24-də EDUNIVERSAL 2014-2015-ci il üçün “Ən Yaxşı Magistr Proqramları” (Eduniversal Best Masters) reytinq cədvəlini açıqlayıb. Bu reytinqdə Xəzər Universitetinin menecment, iqtisadiyyat, mühasibat uçotu və audit ixtisasları üzrə MBA proqramları Avrasiya və Yaxın Şərq bölgəsi üzrə ən yaxşı 10 magistr proqramı siyahısında yer alıb. Əlavə məlumatı www.best-masters.com və http://www.iu.qs.com/eeca2014-rankings-results/ internet səhifələrindən əldə etmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xəzər Universitetinin MBA proqramları ilin ən yaxşı magistratura proqramları sırasında yer alıb

Xəzər Universitetinin tələbələrinə qədim Misirlə bağlı təqdimat olub  

Xəzər Universitetinin tələbəsi ağır qəzaya düşüb

Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib

Xəzər Universitetinin nümayəndələri İstanbulda keçirilən sammitdə iştirak ediblər

Xəzər Universitetində elmi nəşrlərin yazılmasına dəstək mərkəzi yaradılıb

DMX Xəzər Universitetində fəal məşğulluq tədbiri təşkil edib

Xəzər Universitetində dərsliklərlə bağlı təlim proqramına başlanılıb

Xəzər Universitetinin rektorunun qızının döyülməyi faktı ilə bağlı protest verilib

Xəzər Universitetində texnopark yaradıla bilər

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

20 Yanvar 2021, 14:25 (GMT +4)
ABŞ-ın yeni rəhbərliyi uyğurların soyqırıma məruz qaldığına dair ittihamlarla razılaşır

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

20 Yanvar 2021, 13:00 (GMT +4)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 12:59 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLENT)

20 Yanvar 2021, 12:50 (GMT +4)
Kaliforniyada yeni koronavirus növü aşkar edilib

20 Yanvar 2021, 12:45 (GMT +4)
Azərbaycan neftinin qiyməti bahalaşıb

20 Yanvar 2021, 12:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Yanvar 2021, 12:17 (GMT +4)
Gürcüstanda son 24 saat ərzində 469 nəfər koronavirusa yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66