İslam dünyasına qarşı “İslamafobiya” prosesi baş verir - Hacı İlqar İbrahimoğlu19 Yanvar 2015, 18:00 (GMT +4) Bakı, 19 yanvar, SalamNews, R.Ziya. “Ötən həftə Fransanın paytaxtı Paris şəhərində baş verən fiziki terror hadisəsi bu gün də dünya müsəlmanlarını ciddi narahat edir”.
Bu barədə SalamNews-a açıqlama verən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu bildirib ki, bu hadisə ilə yanaşı, dünyada daha dəhşətli olan mənəvi terror baş verməkdədir.
Hacı İlqar təəssüflə qeyd edib ki, bu gün dünyada İslam dünyasına qarşı “İslamafobiya” prosesi baş verir: “Baş verən terror hadisəsinə baxmayaraq, Qərb mətbuat orqanlarında İslam peyğəmbərinin (s) karikaturasını daha geniş şəkildə çap edərək geniş şəkildə yaymağa başlayıb. Qərb bununla daha demokratik olduqlarını və söz hüquqlarının müdafiəsində durduqlarını sübut etməyə çalışırlar. Azərbaycan müsəlmanları isə açıq şəkildə həm fiziki, həm də mənəvi terrora qarşı çıxdıqlarını bəyan edirlər”.
DEVAMM sədri vurğulayıb ki, bu terror hadisəsinin arxasında çoxlu amillər dayanır: “2001-ci ilin 11 sentyabr hadisəsindən sonra baş düşdülər ki, bundan müsəlman ölkələrinin işğal olunması üçün açıq kart kimi istifadə olundu. Yəqin ki, bu hadisədən də hansısa proseslərin başlanğıcı kimi istifadə edəcəklər. Bununla bağlı bəzi müsəlman ölkələrində artıq ciddi narahatçılıq yaranıb”.
|