Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar rəsmi nekroloq imzalanıb

29 Yanvar 2015, 09:36 (GMT +4)

Bakı, 29 yanvar, SalamNews. Azərbaycan Prezidenti, dövlət rəsmiləri və ictimai xadimlər Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

SalamNews-un məlumatına görə, nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat edib.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Kamal Abdullayev, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Anar Rzayev, Nizami Cəfərov, Səməd Seyidov, Fikrət Qoca, Çingiz Abdullayev, Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub imzalayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi təşkil edilib

Xalq Şairi Vaqif Səmədoğlunun anadan olmasından 80 il ötür

Parisdə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub

Vaqif Səmədoğlunun şeirlər kitabı Azərbaycan və fransız dillərində çap olunub

Səməd Vurğun və Vaqif Səmədoğlunun xatirəsi anılıb

Xalq Şairi Vaqif Səmədoğlunun xatirəsi anılıb

Vaqif Səmədoğlu indiki Azərbaycan şeirinin ən yüksək pilləsində dayanan şair idi - MSK sədri

Xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salınıb (FOTOLENT)

Xalq şairi Vaqif Səmədoğlu sabah I Fəxri Xiyabanda dəfn ediləcək

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlu vəfat edib

24 Fevral 2020, 10:03 (GMT +4)
Gürcüstan İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub

24 Fevral 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

24 Fevral 2020, 09:54 (GMT +4)
İran prezidenti koronavirusla mübarizə üçün xüsusi büdcənin ayrılması göstərişi verib

24 Fevral 2020, 09:43 (GMT +4)
Ağdamda maarifləndirici tədbir keçirilib

24 Fevral 2020, 09:40 (GMT +4)
Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib

24 Fevral 2020, 09:38 (GMT +4)
Azərbaycanda koronavirus barədə yayılan səs yazısı ilə bağlı açıqlama verilib

24 Fevral 2020, 09:20 (GMT +4)
İsrail eyni zamanda Qəzza və Dəməşqi aviazərbələrlə hədəfə alıb (VİDEO)

24 Fevral 2020, 09:03 (GMT +4)
Türkiyə müvəqqəti olaraq İranla sərhədi bağlayıb

24 Fevral 2020, 09:02 (GMT +4)
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66