Bakıda AGF Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək13 Aprel 2015, 17:28 (GMT +4) Bakı, 13 aprel, SalamNews. Aprelin 16-19-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək.
SalamNews xəbər verir ki, bu turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edəcək.
Turnirdə aprelin 16-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 17-də yunan-Roma güləşi üzrə gənclər, 18-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 19-da isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
Bildirək ki, AGF qalib və mükafatçıları medal, diplom və pul mükafatı ilə təltif edəcək.
|