Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

26 May 2015, 10:38 (GMT +4)

Bakı, 26 may, SalamNews. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-dən SalamNews-a verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələ Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi, “Birinci Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda müsabiqənin qaydalarının müzakirəsi və təsdiqi, cari məsələlərin müzakirəsi olub.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının 140 illik yubileyinin ölkə mediası üçün əlamətdar hadisə olduğunu bildirib.

Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov və Rəşad Məcid təklifi yüksək dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Müzakirələrin yekununda müsabiqənin 2015-ci il mayın 27-dən iyulun 9-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru iqtisadi sahədə dinamik inkişaf edən, demokratikləşmə, fikir, söz və mətbuat azadlıqlarının təminatı sahəsində böyük uğurlara imza atan Azərbaycanın son illər beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini bildirib. V.Səfərli iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayaraq bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından KİV-in üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd edib. O, KİV-in Avropa Oyunları barədə daha dolğun məlumatlar hazırlaması və yaymasını stimullaşdırılmaq məqsədilə Fondun “Birinci Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirəcəyi müsabiqə barədə ətraflı məlumat verib.

Mayın 26-dan iyulun 1-dək davam edəcək müsabiqədə qəzetlərlə yanaşı, televiziyaların, informasiya agentliklərinin və xəbər saytlarının da iştirak edəcəyini deyən V.Səfərli I yer üçün 1 KİV olmaqla 30 000, II yer üçün 2 KİV olmaqla 15 000, III yer üçün 2 KİV olmaqla 10 000 manat məbləğində mükafatın nəzərdə tutulduğunu bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

ƏƏSMN və KİVDF birgə müsabiqə elan edib

KİVDF maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavə edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF 33 qəzetə pul ayırıb (SİYAHI)

“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Ev alan jurnalistlərin tam siyahısı PA-dan nə vaxt deyilsə, o vaxt dərc ediləcək - KİVDF

Vüqar Səfərli yenidən KİVDF-nin icraçı direktoru təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər

Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirib

Mədəniyyət və Turizm Nazirliyi KİVDF ilə birgə müsabiqə elan edib

KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

KİVDF yeni müsabiqə elan edir

KİVDF jurnalistlər üçün növbəti müsabiqə elan edib

KİVDF jurnalistləri mükafatlandırıb

KİVDF jurnalistlər üçün müsabiqə elan edib

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66