Bakıda xeyriyyə məqsədi ilə foto sərgisi açılıb16 İyun 2015, 09:08 (GMT +4) Bakı, 16 iyun, SalamNews, Ş.Nəzərli. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Balaca böyüklərin dünyası” adlı foto sərgisi açılıb.
SalamNews xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən uşaq foto sərgisi Bakıda ilk dəfə baş tutub.
Tədbirdə Xalq rəssamları Ağəli İbrahimov və Arif Hüseynov çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Həvəskar fotoqraf İrina Abdullahın əsərlərindən ibarət sərgidə 64 əsər nümayiş olunur. Xeyriyyə məqsədi ilə keçirilən tədbirdə əldə olunacaq vəsait kimsəsiz və fiziki qüsurlu uşaqların ehtiyacına yönələcək.
Sərgi 4 gün davam edəcək.
|