Bakıda "Düha" adlı portretlər sərgisi keçiriləcək22 İyun 2015, 11:19 (GMT +4) Bakı, 22 iyun, SalamNews, Ş.Nəzərli. “Art Villa” qalereyasında iyunun 30-da Rəsul Həsənovun foto-illüstrasiya üslubunda "Düha" adlı portretlər sərgisi keçiriləcək.
SalamNews xəbər verir ki, iki gün davam edəcək sərgidə portretlərlə yanaşı obrazlar da nümayiş etdiriləcək. Portretlər və obrazlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyov, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natavan, Lev Tolstoy, Frank Sinatra və s. kimi dünya tarixində böyük rol oynamış şəxslər yer alacaq. Fotorealistik üslubda hazırlanmış portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi oyatmağa xidmət edir.
Bildirək ki, qrafik, dizayner və illüstrator Rəsul Həsənov 1991-ci ildə Bakıda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və dizayn" fakültəsini bitirib.
|