Ukrayna Krıma verdiyi elektrik enerjisini kəsməklə hədələyib01 İyul 2015, 12:42 (GMT +4) Bakı, 1 iyul, SalamNews, C.Nəzərov. Ukrayna hökuməti Krım yarımadası ərazisinə elektrik enerjisi verilişini kəsməklə hədələyib.
SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Energetika Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Ukraynanın “Ukrenerqo” müəssisəsi Rusiya tərəfini bu gün gecəyarıdan etibarən elektrik enerjisi verilişini dayandıracağı barədə xəbərdar edib.
Sevastopolda ehtiyat generatorlar və bütün təcili yardım xidmətləri hazır vəziyyətə gətirilib.
Lakin “Krımenerqo” şirkətindən, bu gün səhər verilən məlumata əsasən, yarımada adi rejimdə elektrik enerjisi ilə təchiz olunub.
Bildirək ki, Ukraynadan Krıma fasiləsiz elektrik enerjisi çatdırılması üzrə müqavilə ötən ilin dekabrında imzalanıb.
|