Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ADU-da “Magistratura və Doktorantura” fakültəsi fəaliyyət göstərəcək

06 İyul 2015, 17:00 (GMT +4)

Bakı, 6 iyul, SalamNews.Azərbaycan Dillər Universitetində (ADU) universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun 17 iyun 2015-ci il tarixli 66 saylı əmrinə müvafiq olaraq 2015/2016-cı tədris ilindən ayrıca struktur kimi “Magistratura və Doktorantura” fakültəsi fəaliyyət göstərəcək.

ADU-dan SalamNews-a verilən məlumata görə, dekanlıq ali təhsil müəssisəsinin fakültəsi haqqında əsasnamənin şərtlərinə uyğun şəkildə fəaliyyətə başlayacaq. Ölkəmizdə təhsilin ikinci və üçüncü pillələrində, yəni magistratura və doktoranturada məzunlara elmi dərəcə verildiyinə, onlar müdafiə etdikləri tədqiqat işlərinin nəticələrinə uyğun olaraq “magistr” və “fəlsəfə doktoru” elmi dərəcələri aldıqlarına görə magistratura pilləsinin universitetdə fəaliyyət göstərən beş fakültənin nəzdində fəaliyyət göstərməsi kimi yeknəsəkliyi aradan qaldırmaq məqsədilə hər iki pillənin bir qurumda birləşdirilərək fəaliyyət göstərməsinin daha faydalı və effektli olması rəhbərlik tərəfindən məqsədəuyğun hesab edilib.

Fakültə özündə birləşdirdiyi elmin iki pilləsində tədris prosesinin təşkilinə, dərs yüklərinin ayrı-ayrı kafedralar üzrə bölünməsinə, cədvəllərin hazırlanmasına nəzarət edəcək. Bununla yanaşı, dekanlıq I kursa daxil olmuş magistrantların dissertasiya işlərinin mövzularının təsdiqi, eyni zamanda II kursun sonunda həmin tədqiqat işlərinin müdafiəsi ilə bağlı bütün işlərin həlli məsələlərinə cavabdehdir. Yeni fakültəyə universitetin İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi Zərinə Aslanova rəhbərlik edəcək.

Qeyd edək ki, 2014/2015-ci tədris ilindən universitetdə magistratura şöbəsinin fəaliyyətinə ümumi nəzarət Elmi hissə tərəfindən həyata keçirilməyə başlayıb. Magistratura şöbəsi Elmi hissənin tabeçiliyinə verildikdən sonra bir sıra işlər həyata keçirilib.

Bunlardan magistrantlar üçün elmi-metodiki vəsait hazırlanıb nəşr edilərək bütün dekanlıqlara, kafedralara və magistrlərə paylanılması, elə ilk gündən dissertasiya işlərinin mövzularının təsdiqi, elmi rəhbərin təyin olunması və s. məsələlərin həyata keçirilməsini tənzimləyən koordinasiya şurası fəaliyyətə başlayıb.

Onu da bildirək ki, ADU-da 300-dən artıq magistrant, 200-dən artıq doktorant təhsillərini, eyni zamanda elmi tədqiqat işləri sahəsində fəaliyyətlərini davam etdirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrləri ARDNF-da olublar

UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

31 Mart 2020, 16:15 (GMT +4)
BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 16:13 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

31 Mart 2020, 16:12 (GMT +4)
İndoneziya xaricilər üçün ölkəyə girişi bağlayır

31 Mart 2020, 15:56 (GMT +4)
Rusiyada əcnəbilərin vizası 90 gün müddətinə uzadılacaq

31 Mart 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

31 Mart 2020, 15:45 (GMT +4)
Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

31 Mart 2020, 15:42 (GMT +4)
Rusiyada son sutka ərzində 500 koronavirusa yoluxma halı qeydə alınıb

31 Mart 2020, 15:42 (GMT +4)
Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

31 Mart 2020, 15:39 (GMT +4)
Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:36 (GMT +4)
Koronavirusa görə İsrail polisi ilə radikal yəhudi qrupları arasında qarşıdurma baş verib (VİDEO)

31 Mart 2020, 15:18 (GMT +4)
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66