Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AMEA-nın Şamaxı Rəsədxanasında jurnalistlər üçün Yay məktəbi keçirilir (FOTO)

11 İyul 2015, 10:48 (GMT +4)

Bakı, 11 iyul, SalamNews, R.Ziya. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə “Science Activity-2015” adlı yay məktəbinin açılışı olub.

SalamNews xəbər verir ki, AMEA-nın 70, Milli Mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistlər üçün keçirilən iki günlük yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak edirlər. “Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015” layihəsi çərçivəsində təşkil olunan tədbirin məqsədi AMEA-nın fəaliyyətinin və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, akademiya ilə əməkdaşlıq edən jurnalistləri bu işə daha da stimullaşdırmaqdır.

Tədbirdə İƏEPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, AMEA-nın və Azərbaycan elminin sürətli inkişafı ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanır: "Akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır. Bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür. Ali və orta məktəblərdə tələbə-şagird kontingenti ilə keçirilən müntəzəm görüşlər, kütləvi informasiya vasitələrində yayımlanan təbliğat xarakterli məlumatlar, təşkil olunan proqramlar öz səmərəsini verir".

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ölkədə bayram səviyyəsində qeyd olunur.

O, media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini vurğulayıb. Altmış illik tarixə malik rəsədxananın fəaliyyətindən danışan N.Cəlilov bu qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığının böyük əhəmiyyət daşıdığını bildirib.

Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova “Elmin təbliğində mətbuatın rolu” adlı təqdimatla çıxış edib. Alim şuranın fəaliyyəti, məqsədləri, bu istiqamətdə görülən işlər, Akademiya rəhbərliyinin həyata keçirdiyi islahatlar barədə geniş məlumat verib. Alim əldə olunan еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi məsələlərinə toxunub.

Qeyd edək ki, Yay məktəbinin ilk gününün yekununda jurnalistlər rəsədxanada teleskopla səma cismlərini müşahidə ediblər.Sonda yay məktəbində iştirak edən jurnalistlərə sertifikat veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66