“Gənclik” metro stansiyasının keçidlərində foto sərgisi açılıb (FOTOLENT)
15 İyul 2015, 12:19 (GMT +4) Bakı, 15 iyul, SalamNews, Ş.Nəzərli. “Bakı Metropoliteni” QSC və “Kapital Bank”ın təşkilatçılığı ilə bu gün metronun “Gənclik” stansiyasının keçidlərində foto sərgisi açılıb.
SalamNews xəbər verir ki, sərgidə 38 müəllifin 92 foto əsəri nümayiş olunur. Ağ-qara və rəngli formatda təqdim olunmuş fotolar sərbəst mövzuda çəkilib.
Metropolitenin marketinq və xidmət şöbəsinin rəisi Lalə Babayevanın sözlərinə görə, bundan əvvəlki sərgi iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə “Nəriman Nərimanov” stansiyasında keçirilib. Sayca ikinci olan indiki sərgi noyabr ayının 15-nə kimi davam edəcək.
L.Babayeva onu da bildirib ki, foto sənəti həvəskarlarının marağı nəzərə alınaraq bu qəbildən olan sərgilər mütəmadi xarakter daşıyacaq.
|