Bakı İncəsənət Mərkəzində batik sənəti və zərgərlik nümunələri sərgilənəcək17 İyul 2015, 11:40 (GMT +4) Bakı, 17 iyul, SalamNews, Ş.Nəzərli. Bakı incəsənət mərkəzində (Yeni Gallery) bu gün rəssam Pərvanə Şamxalova-Miralay (batik janrı) və Məmməd İbrahimovun (zərgər) birgə yaradıcılıq sərgisinin açılış mərasimi keçiriləcək.
Mərkəzin direktoru Rafael Gülməmmədli SalamNews-a bildirib ki, sərgidə dekorativ-tətbiqi sənətin əsas növlərindən olan batika sənəti üzrə əsərlər və zərgərlik işləri nümayiş olunacaq.
Saat 18-30-da başlayacaq sərgiyə bütün maraqlananlar dəvət edilir.
|