Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri sərgilənəcək20 İyul 2015, 12:18 (GMT +4) Bakı, 20 iyul, SalamNews. Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.
Mərkəzdən SalamNews-a bildirilib ki, sərgiyə hazırlıq işləri gedir.
Xatırladaq ki, ötən il sözügedən qurum tərəfindən “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.
|