Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Bakıdakı Fatimeyi-Zəhra Məscidi ilə bağlı prezident İlham Əliyevə müraciət edilib

21 İyul 2015, 11:23 (GMT +4)

Bakı, 21 iyul, SalamNews. Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Fatimeyi-Zəhra Məscidinin dindarları və qəsəbə sakinləri Prezident İlham Əliyevə müraciət ediblər.

İcmadan SalamNews-a verilən məlumata görə, 10 minə yaxın qəsəbə sakininin imzaladığı müraciətdə dövlət başçısından uzun illərdir, tikintisi yarımçıq qalmış məscidin dam örtüyünun inşa edilməsi və qeydə alınması üçün yardım göstərilməsi xahiş edilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində Fatimeyi-Zəhra Məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda həmin torpaq sahəsi uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib. 2010-cu ildə isə 2 saylı Yerli İqtisad Məhkəməsi Yeni Günəşli qəsəbəsi, V massivi - 33 ünvanında yerləşən "Fatimeyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında qərar çıxarmışdı. Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə ölkə başçısına müraciət edərək, Fatimeyi-Zəhra Məscidinin sökülməsi ilə bağlı məhkəmə qərarının icrasının dayandırılması, tikilinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsini təklif edib. Prezident İlham Əliyev isə tikintisi dayandırılmış və sökülməsinə məhkəmə tərəfindən qərar verilmiş Fatimeyi-Zəhra Məscidinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi barədə göstəriş verib.

Elə həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsinə əsasən isə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Fatimeyi-Zəhra Məscidinin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilməsinə dair qətnamə qəbul edib. Sonradan həm Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyası, həm də Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Prezident Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub

Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir

Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək

Birinci vitse-prezident Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib

Prezident Naftalana yeni icra başçısı təyin edib

Yol polisi hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

Bu gün Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna baxacaq

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Litva Türkiyənin NATO ilə bağlı qərarlarına etibar edir - prezidenti

Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarılıb

Prezident İlham Əliyev İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

Birinci vitse-prezidentin köməkçisi BANM-də master-klass keçib

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66