Məşədi Dadaş məscidində qanvermə aksiyası keçirilib (FOTOLENT)
24 İyul 2015, 17:51 (GMT +4) Bakı, 24 iyul, SalamNews, A.Kərimov. Bu gün Fitr bayramı münasibətilə Məşədi Dadaş məscidində cümə namazından sonra talessemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.
SalamNews xəbər verir ki, aksiya məscidin icması ilə Azərbaycan Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının birgə layihəsi ilə həyata keçirilib.
İki yüzə yaxın gəncin qatıldığı aksiya uğurla başa çatıb və yardıma ehtiyacı olan uşaqlara kifayət qədər qan toplanıb.
|