Mobil versiya RU AZ
_




MDB ÖLKƏLƏRİ » SİYASƏT

Azərbaycan kimi güclü və inkişaf etmiş ölkəni dost ölkələr arasında görmək vacibdir - rusiyalı deputat

18 Avqust 2015, 18:00 (GMT +4)

Bakı, 18 avqust, SalamNews, C.Nəzərov. Dağıstanda keçirilən Dərbəndin iki min illiyinə həsr edilmiş forum işini başa vurub.

SalamNews-un verdiyi xəbərə görə, ruhanilərin təşəbbüsü ilə təşkil edilən tədbirdə Azərbaycan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Stavropol, Kabardin- Balkar, Qaraçay-Çərkəz, Abxaziya, Cənubi Osetiya, Belorusdan olan 150-dən çox iştirakçı bir araya gəlib.

Tədbiri Dağıstan Respublikası hökuməti, o cümlədən müxtəlif konfessiyaların nümayəndələri dəstəkləyiblər. Yüksək səviyyəli təşkilatçılıq, mötəbər qonaqların və natiqlərin iştirakı Beynəlxalq dinlərarası gənclər forumunu ölkənin dini həyatında unikal hadisəyə çevirib. Forumda iştirak edən fəxri qonaqlar arasında Simferopol regionunun baş imamı Muhamed İslamov da olub.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) jurnalisti ilə söhbəti zamanı o, qeyd edib ki, oxşar tədbirlər müasir gənclərin dini və vətənpərvərlik tərbiyəsinə, inkişafına müsbət təsir göstərir və qonşu xalqların böyük dostluğu yolunda ilk addım rolunu oynayır.

“Mən çox şadam ki, forum çərçivəsində xristian, müsəlman və digər konfessiyaların nümayəndələri olan gənclər artıq dostlaşıblar. Onların çoxlu ortaq nöqtələri var, buna görə sevinirik. Axı burada qurulan dostuq əlaqələrini heç nə ilə əvəz etmək olmaz”,- deyə imam vurğulayıb.

Forum təşkilatçılarından biri yepiskop Varlaam bundan başqa digər konfessiyalara münasibətdə sevgi və tolerant münasibətin vacibliyini vurğulayaraq multikulturalizmin inkişafının vacibliyini qeyd edib. Xalqların dostluğu barədə fikir ifadə edərkən yepiskop Varlaam Rusiya və Azərbaycan arasındakı gözəl münasibətləri misal gətirib. “Bütün fərqlərə baxmayaraq, bu xalqlar qardaşcasına yaşayır.”- deyə o qeyd edib.

Öz növbəsində forumun digər fəxri qonağı Dağıstan Respublikasının vicdan azadlığı, dini təşkilatlarla qarşılıqlı fəaliyyət üzrə komitə sədrinin məsləhətçisi Sirajutdin Kammayev müxtəlif milliyətli gənclərin ünsiyyətinin vacibliyini xüsusi olaraq qeyd edib, o cümlədən iki ölkəni bir-birinə bağlayan tarixi və iqtisadi münasibətləri vurğulayıb: “Bu gün biz Azərbaycanın necə qətiyyətlə və sürətlə irəlilədiyini görürük. Azərbaycan həm iqtisadi, həm mədəni, həm də idman sahəsində yüksəlişdədir. Azərbaycan bütün mümkün Avropa festivallarına ev sahibliyi edir, hamımız Avropa Oyunlarının şahidi olduq. Bakıda böyük tikinti işləri aparılır. Bizdə şüşə zavodu var, zavod şimali Qafqazdakı ən güclü zavodlardan biridir və eşitmişəm ki, şüşənin demək olar hamısını - 80 faizini Azərbaycana aparırlar. Dağıstan və Azərbaycan arasında hər zaman yaxşı münasibətlər olub və düşünürəm ki, gələcəkdə daha da yaxşı olacaq”.

"Bütün ekspertlər Azərbaycanın tolerant dövlətin parlaq nümunəsi olması fikrində həmrəydirlər. Onlar qeyd ediblər ki, dövlət siyasətinin əsasında multikulturalizmin durduğu Respublikanın sürətli inkişafı özü-özlüyündə bunu əks etdirir. Bu ideyanı Dövlət Dumasında da təsdiqləyirlər. Respublika ərazisində yaşayan müxtəlif millətlər və dinlərin nümayəndələri , o cümlədən digər ölkələrə göstərilən müdrik tolerant münasibət sayəsində Azərbaycan bu gün MDB-nin ən inkişaf etmiş ölkələrindən biridir."- deyə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Savalyev deyib.

"Azərbaycanın günü-gündən bizə nümayiş etdirdiyi böyük uğurlar bizləri sevindirməyə bilməz. Əlbəttə ki, istənilən dövlətə öz dostları arasında Azərbaycan kimi güclü, qüdrətli və inkişaf etmiş ölkəni görmək vacibdir”, - Savalyev müsahibəsində əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2019, 18:04 (GMT +4)
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:02 (GMT +4)
Ərdoğan Trampın ədəbsiz məktubunu unutmadığını açıqlayıb

18 Oktyabr 2019, 17:58 (GMT +4)
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

18 Oktyabr 2019, 17:52 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18 Oktyabr 2019, 17:48 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

18 Oktyabr 2019, 17:44 (GMT +4)
Bəşər Əsəd Türkiyə və ABŞ qüvvələrinin Suriyadan dərhal çıxmasını tələb edib

18 Oktyabr 2019, 17:33 (GMT +4)
Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

18 Oktyabr 2019, 17:15 (GMT +4)
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

18 Oktyabr 2019, 17:07 (GMT +4)
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

18 Oktyabr 2019, 16:55 (GMT +4)
Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

18 Oktyabr 2019, 16:44 (GMT +4)
Əfqanıstanda cümə namazı zamanı məsciddə partlayış törədilib - Azı 25 şəhid var

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat vaxt var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

18 Oktyabr 2019, 14:50 (GMT +4)
“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66