Qazaxıstan tengəsinin orta kursu yenidən 5 faiz enib
25 Avqust 2015, 13:12 (GMT +4) Bakı, 25 avqust, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Tengənin orta kursu Qazaxıstan fond birjasında (KASE) ABŞ dollarına nisbətdə bu gün 11,5 tengə enərək 1 dollar müqabilində 230.11 tengə təşkil edib.
SalamNews-un verdiyi xəbərə görə, bu barədə “İnterfaks”a KASE-dən məlumat verilib.
Dünən orta kursu 1 ABŞ dolları nisbətində 218.61 tengə olan Qazaxıstan valyutası cümə günündəki kursuna nisbətdə 15.6 faiz möhkəmlənib. Bu gün isə tengənin orta kursu dollara nisbətdə yenidən 5 faiz aşağı düşüb.
|