Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda "Şahdağ Turizm Mərkəzi" QSC yaradılır

11 Sentyabr 2015, 09:27 (GMT +4)

Bakı, 11 sentyabr, SalamNews. Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

SalamNews-un məlumatına görə, Qusar rayonu ərazisində, Qafqazın şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və ərazisi 2 min hektardan artıq sahəni əhatə edən Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildən başlanılmışdır. Layihələndirmə, tikinti, təchizat və idarəolunma işlərinə bir sıra xarici ölkənin təcrübəli şirkətləri cəlb olunub.

Kompleksin ərazisində 3, 4 və 5 ulduzlu hotellərin, mehmanxanaların, kanat və xizək yollarının, idman qurğularının və digər sosial obyektlərin tikintisi nəzərdə tutulub. Hazırda Kompleksdə dünya standartlarına uyğun 500 yerlik 3 hotel, uzunluğu 6 min metrdən artıq olan 7 kanat yolu, 13 min metr olan 11 dağ-xizək enişi turistlərin istifadəsinə verilmişdir. Kompleksə on kilometrlərlə uzunluqda yüksəkgərginlikli elektrik və fibro-lifli rabitə xətləri, qaz, su kəmərləri, avtomobil yolları çəkilmişdir. Kompleksdə layihə üzrə nəzərdə tutulan obyektlərin tikintisi tam başa çatdıqdan sonra hər gün 10 min turisti qəbul etmək mümkün olacaq, iş yerlərinin sayı isə 5 minə çatdırılacaqdır.

Sərəncamda qeyd olunur ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

Müəyyən edilir ki, Cəmiyyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

- Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- Mədəniyyət və Turizm Nazirliyinə Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi; Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi; Cəmiyyətin sədrinin və sədrin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
- Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etmək; Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən tikintisi başa çatdırılmış obyektlərin Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etmək; Cəmiyyətin ərazisinin hüdudlarını müəyyənləşdirərək təsdiq etmək; Cəmiyyətin balansında olan, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına inşa edilmiş obyektlərə çəkilən xərclərin onun nizamnamə kapitalına yönəldilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşrılıb.

Mədəniyyət və Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması və maliyyələşdirilməsi ilə bağlı təkliflərini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin və onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirəcəklər.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şahdağ Turizm Mərkəzi ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

“AtaTravel” Quba-Qusar-Şahdağ turu təşkil edir

Şahdağ Milli Parkında qanunsuz ov edən 2 nəfər saxlanılıb

Qış mövsümü ərzində “Şahdağ”-a 120 mindən çox turist gəlib

Şahdağda ötən gün yağan qarın hündürlüyü yarım metri ötüb (FAKTİKİ HAVA)

Prezident “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub (FOTOLAR)

Bayram günlərində “Şahdağ”-ı 16 mindən çox turist ziyarət edib

Faktiki hava şəraiti açıqlanıb: Şahdağda qarın hündürlüyü 11 sm-ə çatıb

Azərbaycan Turizm Assosiasiyası "Şahdağ" da baş vermiş izdihamla bağlı müzakirələr aparıb

"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü açıq elan edib

Şahdağ Milli Parkının 10 ha sahəsi yanıb

“Şahdağ” Turizm Mərkəzi bu gün yay mövsümünü açıq elan edib

“Şahdağ” Yay Düşərgəsinin açılış mərasimi baş tutub

Aeroporta, Şahdağ və Qəbələyə dəmir yolunun çəkilməsi planlaşdırılır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şahdağ Milli Parkında olub

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü başa çatıb

31 May 2020, 22:05 (GMT +4)
Quranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunub

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66