Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Adil Əliyev növbəti dörd il müddətinə AKF-nın prezidenti seçilib (FOTO)

14 Sentyabr 2015, 09:53 (GMT +4)

Bakı, 14 sentyabr, SalamNews, A.Kərimov. Azərbaycan Kikboksinq Federasiyasının hesabat-seçki konfransı keçirilib.

SalamNews-un məlumatına görə, tədbirdə Federasiyanın idarə heyəti, klub rəhbərləri, məşqçilər, hakimlər və yığma komandanın üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, Federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, milli komandanın rəisi Sadıq Bağırov, rayon gəncləri və idmançıları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıq Bağırov idmançıların ötən il qazandıqları uğurlardan danışıblar. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan natiqlər cari ildə kikboksçuların iştirak edəcəyi yarışlar barədə məlumat veriblər.
Federasiyanın prezidenti Adil Əliyev vurğulayıb ki, həm peşəkar, həm də həvəskar kikboksçularımız ölkəmizdə və xaricdə yüksək nailiyyətlər əldə edir, Azərbaycanın bayrağını zirvələrə qaldırırlar. Bildirilib ki, hazırda idmançılarımız bir neçə mötəbər yarışa hazırlaşırlar. Oktyabrın sonunda Serbiyanın paytaxtı Belqradda böyüklər arasında, noyabrın sonunda isə İrlandiyada növbəti dünya çempionatları keçiriləcək. Azərbaycan hər iki mötəbər yarışda təmsil olunacaq. Federasiya rəhbəri idmançılarımızın artıq təlim-məşq toplanışlarına başladıqlarını qeyd ediblər.

Tədbirdə çıxış edən digər natiqlər ötən illər ərzində federasiya rəhbərliyi tərəfindən görülən işləri müsbət qiymətləndirib, idmanın bu növünün bölgələrdə də inkişaf etdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıblar.

Sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Milli Məclisin deputatı Adil Əliyev növbəti dörd il müddətinə AKF-nın prezidenti seçilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Adil Əliyev: Ermənistan öz işğalçı siyasətindən bir addım da geri çəkilmir

Adil Əliyev: Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir

Adil Əliyev qızıl ordenlə təltif edilib

Adil Əliyev: Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar

Adil Əliyev: Bu cür özbaşınalıqlar əsaslı olaraq əhalinin narazılığına səbəb olur

Adil Əliyev Neft Fondunun Müşahidə Şurasına üzv təyin edilib

Adil Əliyev Milli Məclisin vitse-spikeri seçilib

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır - Adil Əliyev

Millət vəkili Adil Əliyev mükafatlandırılıb

Mətbu orqanlar intihar hadisəsinin üstünə açıq şəkildə getməməlidir - Adil Əliyev

Adil Əliyev: Azərbaycan ictimaiyyəti erməni təxribatlarına hər an hazır olmalıdır

Adil Əliyev: Bələdiyyələrin fəaliyyətini qınayırlar, ama təkliflər irəli sürülmür

Deputat Adil Əliyev ilin veteran idmançısı seçilib (FOTO)

Adil Əliyev: Ölkəmizdə əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var

Deputat Adil Əliyev mükafata layiq görülüb

Milli Məclisin deputatı Adil Əliyev gənclərlə görüşəcək

Deputat Adil Əliyev kikboksinq üzrə dünya çempionu olub

Adil Əliyev: "Rio Olimpiadasında ümumi nəticə gözlədiyimdən də artıq oldu"

Adil Əliyev “Ziyalı” fəxri-media diplomuna layiq görülüb

Deputat Adil Əliyev ADU-nun tələbələri ilə görüşüb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

13 Avqust 2020, 13:46 (GMT +4)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13 Avqust 2020, 13:28 (GMT +4)
Türkiyə təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görməkdə qərarlıdır - XİN

13 Avqust 2020, 13:28 (GMT +4)
İraqda İŞİD-in sığınacaqlarına şiddətli hava zərbələri endirilib

13 Avqust 2020, 13:16 (GMT +4)
Azəriqaz: Sayğacların əvəzlənməsi dövlət yoxlama qaydalarının tələbidir

13 Avqust 2020, 13:00 (GMT +4)
Milli Televiziya və Radio Şurasının iclası keçirilib

13 Avqust 2020, 12:45 (GMT +4)
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb

13 Avqust 2020, 12:40 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 20,8 milyonu keçib

13 Avqust 2020, 12:32 (GMT +4)
Caspian Energy Club ilk Online Business Tour təşkil edib

13 Avqust 2020, 12:15 (GMT +4)
İran hökuməti ölkə vətəndaşlarına yüksək mənfəətlə neft satşı təklif edib

13 Avqust 2020, 12:15 (GMT +4)
DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13 Avqust 2020, 12:10 (GMT +4)
Reuters: Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

13 Avqust 2020, 12:02 (GMT +4)
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda rənglənmə işləri aparılacaq

13 Avqust 2020, 11:43 (GMT +4)
İlham Əliyev Vladimir Putinlə Rusiyanın Ermənistana silah satması məsələsini müzakirə edib  

13 Avqust 2020, 11:40 (GMT +4)
Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

13 Avqust 2020, 11:33 (GMT +4)
HƏMAS lideri Türkiyəyə gedib

13 Avqust 2020, 11:16 (GMT +4)
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

13 Avqust 2020, 11:03 (GMT +4)
İsrail Qəzzaya aviazərbələr endirib, raketlərdən biri məktəbə düşüb

13 Avqust 2020, 11:00 (GMT +4)
Təhsil naziri Rusiya səfiri ilə görüşüb (FOTO)

13 Avqust 2020, 10:50 (GMT +4)
Minskdə "Molotov kokteyli" hazırlayanalar saxlanılıb - VİDEO

13 Avqust 2020, 10:30 (GMT +4)
Ağsuda zəlzələ olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66