Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

Bakıda Beynəlxalq Təhsil sərgisi keçiriləcək

14 Sentyabr 2015, 10:58 (GMT +4)

Bakı, 14 sentyabr, SalamNews, K.Orxan. Oktyabrın 9-da Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 9-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başlayacaq.

SalamNews-un məlumatına görə, ənənəvi olaraq, “Təhsil” sərgisi “Karyera” sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “Təhsil” sərgisində Azərbaycan, Rusiya, Kanada, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Almaniya, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.

Sərgidə Azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Onu da qeyd etmək lazımdır ki, Latviya və ABŞ bu sərginin debütantlarıdır. Sərginin daha bir debütantı isə “Lüblində təhsil al” (“Study in Lublin”) təşkilatıdır.

“Təhsil” sərgisi çərçivəsində gənclər üçün nəzərdə tutulmuş bir sıra layihələr təqdim olunacaq, belə ki, “Gələcəyini qur!” layihəsi ardıcıl olaraq ikinci ildir ki sərgidə iştirak edir. Gənclərə təhsil sahəsində dəstək göstərən “Gələcəyini qur!” layihəsinin sponsorlarından biri də “Iteca Caspian” şirkətidir. Layihənin məqsədi aztəminatlı ailələrdən yüksək bilik və bacarıqlara malik olan şagirdlərə ölkənin ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün dəstək vermək və onlara kömək etməkdir.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

Sərgidə “Lukas-Nuelle”, “Sinam” və “ITE - Innovative Technologies in Education” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.

Beləliklə, sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. “Təhsil” sərgisinə giriş yalnız 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Artıq sərginin veb-saytında (http://eduexpo.az/2015/) ekspress-qeydiyyat fəaliyyət göstərir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC X Beynəlxalq Təhsil sərgisində təmsil olunub

Bakıda Beynəlxalq Təhsil sərgisi açılıb (FOTOLAR)

Bakıda 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Bakıda II Beynəlxalq təhsil sərgisi açılıb

16 Avqust 2022, 09:00 (GMT +4)
Suriyada ABŞ qüvvələrinin olduğu mövqelərə ardıcıl olaraq hücum edilib

15 Avqust 2022, 18:51 (GMT +4)
Cüdoçumuz İslamiadada qızıl medala sahib olub

15 Avqust 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Tbilisi prospektində təmir işləri aparılır

15 Avqust 2022, 17:45 (GMT +4)
ƏƏSMN: ​​Son 4 ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

15 Avqust 2022, 17:33 (GMT +4)
“Qarabağ” FİFA-23-də yer ala bilər

15 Avqust 2022, 17:31 (GMT +4)
ABŞ qüvvələri 100-dən çox neftlə dolu maşını Suriyadan çıxarıblar

15 Avqust 2022, 17:30 (GMT +4)
“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib

15 Avqust 2022, 17:18 (GMT +4)
İslamiada: Azərbaycanın para-stolüstü tennis komandası üçüncü olub

15 Avqust 2022, 17:17 (GMT +4)
Şahdağ Milli Parkında yanğın başlayıb

15 Avqust 2022, 17:05 (GMT +4)
The Guardian: Qərb qışda Kiyevi kürəyindən bıçaqlaya bilər

15 Avqust 2022, 16:54 (GMT +4)
ETSN: "İsti və quraq hava şəraitində təbiət əraziləri yanğına daha həssasdır"

15 Avqust 2022, 16:53 (GMT +4)
İslamiada: Dadaş Dadaşbəyli gümüş medal qazanıb 

15 Avqust 2022, 16:46 (GMT +4)
Narendra Modi Hindistanın 25 ildən sonra inkişaf etmiş ölkə olacağına söz verib

15 Avqust 2022, 16:42 (GMT +4)
Taliban Əfqanıstanı nəzarətə götürməsinin birinci ildönümündə bəyanat verib: Heç kimə təhlükə yaratmırıq

15 Avqust 2022, 16:41 (GMT +4)
İşxan Verdyan: Mən casus və satqın deyiləm, Ermənistan qarşısında özümü günahkar hesab etmirəm (VİDEO)

15 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycan Premyer Liqası: 4-cü turun oyunlarının saatı məlum olub

15 Avqust 2022, 16:28 (GMT +4)
The Hill: Ağ Ev, aşağı reytinqlərə baxmayaraq, Baydenin ikinci müddətə namizəd olmaq planlarını açıqlayıb

15 Avqust 2022, 16:27 (GMT +4)
Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var

15 Avqust 2022, 16:15 (GMT +4)
Çin MN: Tayvan ətrafında hərbi təlimlər Taybey və Vaşinqtonun “sövdələşməsinə” cavab olaraq keçirilir

15 Avqust 2022, 16:12 (GMT +4)
Azərbaycan idmançısı İslamiadada finala yüksəlib

15 Avqust 2022, 16:09 (GMT +4)
Bakıda magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd edilib

15 Avqust 2022, 15:57 (GMT +4)
Volodin: Ukrayna maliyyə müstəqilliyini itirib

15 Avqust 2022, 15:50 (GMT +4)
Bakı sakininin 11 min manatı əlindən alınıb

15 Avqust 2022, 15:49 (GMT +4)
Binəqədidə yaşayış binasında yanğın olub

15 Avqust 2022, 15:37 (GMT +4)
Suriyada ABŞ-ın nəzarətində olan bazalara PUA-larla hücum edilib

15 Avqust 2022, 15:36 (GMT +4)
Kürdəmirdə narkotikin təsiri altında “Range Rover”i idarə edən şəxs saxlanılıb

15 Avqust 2022, 15:33 (GMT +4)
Millət vəkili "Turan Tovuz" üçün ianə kampaniyasına qoşulub

15 Avqust 2022, 15:24 (GMT +4)
MN: “Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

15 Avqust 2022, 15:12 (GMT +4)
Zaxarova: ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanısa, ölkələrin münasibətlərini unutmaq olar

15 Avqust 2022, 15:00 (GMT +4)
Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66