Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

22 ildən çoxdur ki, BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri kağız üzərində qalır - ekspert (MÜSAHİBƏ)

16 Oktyabr 2015, 15:04 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews, A.Bayramova. "BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələri hələ də yerinə yetirilməyib."

Bunu SalamNews-a müsahibəsində Mühəndislik üzrə Təhsil Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının baş katibinin və Qlobal Mühəndislik üzrə Dekanlar Şurasının məsləhətçisi, eyni zamanda beynəlxalq məsələlər üzrə bir çox Latın Amerikası hökumət rəhbərləri, Dövlət Universitetləri və digər beynəlxalq təşkilatlar üçün məsləhətçi kimi fəaliyyət göstərən Piter Teys deyib.

- BMT-nin yaradılmasının 70 illiyi qeyd olundu. Yubiley tədbirində aparılmış müzakirələrin əhəmiyyəti nədən ibarətdir?

- 26 sentyabr - 2 oktyabr tarixlərində keçirilmiş BMT-nin 70 illiyi tədbiri bir daha BMT rəhbərliyinin dünyanın bir sıra münaqişələrinin həll edilməsi istiqamətindəki fəaliyyətinin çatışmazlığını göstərdi. Buna on illiklərlə davam edən, Ermənistan Silahlı qüvvələri tərəfindən Qarabağ və ətrafındakı 7 rayonun işğalı kimi münaqişəni misal göstərmək olar.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən 4 qətnamə qəbul edib. Artıq, 22 ildən çoxdur ki, BMT-nin qətnamələri kağız üzərində qalır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində təcavüzkar, 27 ildir Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı heç bir nəzərəçarpacaq təzyiq metodlarından istifadə edilməyib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələri hələ də yerinə yetirilməyib.

Biz müşahidə edirik ki, BMT böyük bir şəkil üzərində köklənib və Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində silahlı qarşıdurmalar və təxribatlar genişləndirilsə də, bu hərbi münaqişənin həlli ilə bağlı etinasızlıq nümayiş etdirir.

BMT–nin sessiyasında “Dünyamızın transformasiyası: “Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamə qəbul edildi. Amma, ən böyük çoxşaxəli təşkilat olan BMT-nin dünyadakı 54-dən çox münaqişəyə diqqət ayırmaması Donbas-Ukraynadakı muharibədən başlayaraq, cənubi Taylanddakı qiyamlara qədər bir çox yeni münaqişə ocaqlarının yaranmasına səbəb olub.

- BMT-də keçirilmiş müzakirələrin post–sovet məkanındakı hərbi münaqişələrin həllində nə kimi rolu var?

-Ermənistan Silahlı Qüvvələri tərəfindən son həftələrdə zorakılığın və təxribatın artdığı Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə yanaşı, BMT, eyni zamanda, digər bir faciəli səhvin də məsuliyyətini daşıyır. Belə ki, bu təşkilat Krımın ilhaq edilməsi istiqamətində 2014-cü ilin martında Krımda başlayan silahlı toqquşmaların azaldılmasında heç bir aktivlik nümayiş etdirməyib.

BMT sülh yolu ilə həll olunası danışıqlar istiqamətində fəal olmayıb, O, yalnız 2014-cü ilin martında Təhlükəsizlik Şurasının Qətnaməsinin layihəsini hazırlayıb ki, belə bir sənədin də “dişi” yoxdur.

Ona görə də onun icrası mümkün deyil. BMT-nin köhnəlmiş fəaliyyəti və yuxulu münasibəti dünyanı xaotik və daha da çoxqütblü anarxiyaya sürükləyir.

Mən ondan qorxuram ki, BMT və Qərbin demokratik ölkələri ikili standartlar nümayiş etdirirlər.

Bir tərəfdən onlar Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Ukrayna hökumət qüvvələri tərəfindən güc tətbiqini qanuniləşdirirlər, başqa tərəfdən isə Azərbaycanın səbrini sınayırlar. Buna baxmayaraq, Qərbi Avropa ölkələrinin güvəndikləri neft, qaz ehtiyaclarını Azərbaycan sədaqətlə təmin edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

BMT Aramko-ya edilən hücumun İran tərəfindən həyata keçirilməsini isbat edə bilməyib

ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Türkiyədə terror aktı nəticəsində 2 təhlükəsizlik əməkdaşı şəhid olub

İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

Bağdadda təhlükəsizlik qüvvələrinə əl qumbarası ilə hücum edilib, 9 yaralı var

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

BMT İsraildən Colan yüksəkliklərindən çıxmağı tələb edib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Daha 4 “ASAN xidmət” mərkəzində elektrik şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb

Kərbəla və Nəcəfdə əhali təhlükəsizlik məqsədilə yerli komitələr yaradıblar (VİDEO)

Əli Nağıyev Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinin rəisini qəbul edib

Çin BMT-ni Honq Konqda zorakılığı təbliğ etməkdə ittiham edir

Suraxanıda tüstüdən boğulan körpələrlə bağlı rəsmi məlumat yayılıb

Şura 8 qurumla birgə qrant müsabiqələrinin keçirilməsi ilə bağlı qərar qəbul edib

Avropa Şurasının yeni rəhbəri Şarl Mişel olub

Fuad Muradov Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədri ilə görüşüb

AB Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib

Sepah 4 dövlətə xəbərdarlıq edib: Təhlükəsizlik məsələsində bizi sınağa çəkməyin

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66