“Design Dialogue” beynəlxalq layihəsinin Bakıda konfrans-sərgisi keçiriləcək27 Oktyabr 2015, 12:20 (GMT +4) Bakı, 27 oktyabr, SalamNews. “Design Dialogue” beynəlxalq layihəsinin noyabrın 27-də “Boulevard Hotel Baku”-da “Dizayn biznesin aləti kimi” mövzusunda konfrans-sərgisi keçiriləcək.
SalamNews-un məlumatına görə, tədbir dizaynın aktual problemlərinə və müasir biznes sahələrinin idarəolunmasına həsr olunacaq. Tədbirin sərgi hisəsində ofislər üçün aparıcı istehsalçılardan və təchizatçılardan qabaqcıl həllər, həmçinin Azərbaycanın müasir arxitekturası və biznes üçün interyer nümunələri nümayiş olunacaqdır.
Konfrans-sərgi Azərbaycan Arxitektorlar İttifaqının, "Global Interiors Group", "Workplace interiors", "Milliken", "Interface" kimi şirkətlərin və Azərbaycan Yaşıl Tikinti Şurasının dəstəyi ilə keçiriləcək.
Tədbirdə beynəlxalq səviyyəli arxitektorlar, Rusiya və Türkiyədən qonaqlar, həmçinin yerli nümayəndələr də iştirak edəcəklər.
Tədbirin sonunda Azərbaycanda ən yaxşı korporativ interyer mükafatına – “Baku Interior Awards”a layiq görülmüş layihə müəlliflərinin və sifarişçilərinin təltifetmə mərasimi keçiriləcək.
|