Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

04 Noyabr 2015, 15:35 (GMT +4)

Bakı, 4 noyabr, SalamNews. "Iteca Caspian" şirkəti Təhsil Nominasiyası üzrə mükafata layiq görülüb.

Şirkətdən SalamNews-a verilən məlumata görə, bu yaxınlarda Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi “CSR Excellence Award” adlı mükafatın təqdimatı tədbirində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi korporativ-sosial məsuliyyət sahəsində ən yaxşı təhsil layihəsi üzrə müsabiqə çərçivəsində təqdim olunmuş 16 layihə arasında ikinci fəxri yerə layiq görülüb.

Gənclərə təhsil sahəsində dəstək göstərən “Gələcəyini Qur!” layihəsinin bu müsabiqədə iştirakı üçün namizədliyi layihənin sponsoru - “Iteca Caspian” şirkəti tərəfindən irəli sürülüb.

Layihənin məqsədi aztəminatlı ailələrdən yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkədəki aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, eləcə də hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir.

“Gələcəyini Qur!” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir.

Layihənin birinci ilində Bakının iki (Binəqədi və Qaradağ) rayonunda fəaliyyət göstərən 40 orta məktəbdə oxuyan 500-dən çox ərizə vermiş məktəbli arasından 42 şagird seçilmiş və onlar (bir il ərzində təhsil aldıqdan sonra) qəbul imtahanlarını uğurla verərək Azərbaycanın ali təhsil müəssisələrinə daxil olublar.

Bu il isə layihə öz coğrafi dairəsini genişləndirərək Bakı şəhərinin 4 rayonunu (Binəqədi, Qaradağ, Suraxanı və Xətai), eləcə də Salyan rayonunu əhatə edib. Layihədə iştirak üçün 170 məktəbdən 700-dən çox şagird ərizə vermiş və beşmərhələli seçim turunun nəticələrinə əsasən, 90 nəfərə yaxın 10-cu sinif şagirdi layihənin qalibi olub. Bu göstərici ötən il keçirilmiş layihənin iştirakçı sayı ilə müqayisədə iki dəfə çoxdur.

Bir il ərzində abituriyentlər ölkənin ali təhsil müəssisələrinə qəbul olmaq üçün pulsuz hazırlıq kurslarında iştirak edirlər. Bununla yanaşı məktəblilərin həvəs, qabiliyyət, vərdiş, dünyagörüşü və biliklərinin artırılması üçün onların iştirakı ilə bir sıra görüş, təlim və seminarların keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində aparıcı ali təhsil müəssisələri və ixtisaslaşdırılmış sərgilərin, eləcə də müəssisə, muzey və teatrların ziyarət edilməsi, habelə regionlara səfərlər və bir çox digər tədbirlər planlaşdırılır. Layihə ilə bağlı əlavə məlumatı www.geleceyiniqur.az internet səhifəsindən əldə edə bilərsiniz.

Layihə “ITECA Caspian” və “Caspian Event Organisers” şirkətlərinin, eləcə də “Kainat” Tədris Mərkəzinin sponsorluğu, habelə ADA universiteti və Yüksək Texnologiyalar Parkının (“Hi-Tech Park”) dəstəyi ilə “Legacy CSR Consulting & Management” şirkəti tərəfindən həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Iteca Caspian” ilə “Сaspian Event Organisers” bu il 24 sərgi keçirməyi planlaşdırır

"İteca Caspian" ötən il 22 sərgi, 1 konfrans və 1 forum təşkil edib

KOBİA və İteca Caspian arasında memorandum imzalanıb

“Iteca Caspian” bu il 7 beynəlxalq sərgi keçirəcək

“Iteca Caspian” bu il Bakıda 16 sərgi və 1 konfrans keçirəcək

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66