Bakıda klassik avtomobillərin sərgisi açılır (FOTO)18 Noyabr 2015, 10:36 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. Paytaxt sakinləri və qonaqların Heydər Əliyev Mərkəzində maraqla qarşıladığı Klassik avtomobil sərgisi bu həftədən etibarən yenidən açılır.
SalamNews xəbər verir ki, sərgi cümə, şənbə və bazar günləri fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın “Classic Remise” və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Ekspozisiyada Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş klassik avtomobillər təqdim olunur. Ekpozisiyada, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar nümayiş etdirilir.
Sərgi ziyarətçilərə nadir eksponatları görmək, avtomobil sənayesi tarixinə ekskursiya etmək imkanı verir.
Xatırladaq ki, Klassik avtomobil sərgisinin rəsmi açılış mərasimi 23 fevral 2015-ci ildə keçirilib. İyulun 28-də nümayişə fasilə verilib.
Sərgiyə biletin qiyməti 10 AZN-dir. Altı nəfərlik və daha artıq şəxsdən ibarət qruplar olduqda, biletin qiyməti hər bir şəxs üçün 6 AZN-dir. Biletləri Mərkəzin kassasından və Mərkəzin saytından almaq olar.
|