Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi öz işinə başlayıb (FOTO)

18 Noyabr 2015, 14:40 (GMT +4)

Bakı, 18 noyabr, SalamNews, H.İbadlı. Bakı Ekspo Mərkəzində VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi (“CTE-2015”) öz işinə başlayıb.

SalamNews xəbər verir ki, noyabrın 18-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Bolqarıstan Respublikasının ətraf mühit və su naziri İvelina Vasilevanın iştirakı ilə sərgiyə baxış keçirilib. Məlumat verilib ki, ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bildirilib ki, sərginin əsas məqsədi təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaların Azərbaycanda təşviqi və tətbiqidir. Bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir.

“СТЕ 2015” sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan 35 şirkəti bir araya toplayıb. Ətraf mühit sərgisində ardıcıl olaraq ikinci il iştirak edən Çexiya milli stendi isə 7 şirkəti təqdim edir. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi dövlət strukturları, eləcə də ilk dəfə olaraq Təhsil Nazirliyi iştirak edir.

Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Tümen vilayəti ticarət-sənaye palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunur. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edirlər.

Ümumilikdə əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ 2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunur. Bundan başqa, SOCAR və bp kimi neft şirkətləri suyun, torpağın təmizlənməsi və zəhərli tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edirlər. Həmçinin bu il sərgi çərçivəsində “Yaşıllaşdırma, landşaft dizaynı və bağ texnikası” adlı yeni sektor təqdim olunur.

Sərgi öz işini noyabrın 20-dək davam etdirəcək. “CTE-2015” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə əməkdaşlığın milli, regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66