Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat aparılıb

08 Dekabr 2015, 15:23 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub.

SalamNews-un məlumatına görə, klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirir. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib: “Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk”.

Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. “Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edildi, mexaniki klapan yerləşdirildi. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmadı”.

Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib.

Mirəli həkim bildirir ki, belə tip xəstələrin izlənməsi çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Həkim qeyd edir ki, bu müddət ana ilə yanaşı həkimlər üçün çox önəmli və təhlükəlidir.

“Hər an ananın ürəyindəki klapanın dayanması riski var. Və bu da xəstənin həyatı üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində həm döl, həm ana nəzarət altına alındı, mütəmadi olaraq kardioqram çəkilirdi”.

Lakin 10 gün öncə xəstənin vəziyyətinin pisləşərkən dölün müayinəsi zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. M.Məcidov deyir ki, bu cür hallarda tək çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır.

“Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik”.

Qeyd edək ki, əməliyyatda həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, Tibb üzrə fəlsəfə doktoru Seymur Musayev də iştirak edib. Onun sözlərinə görə, bu, çox çətin bir əməliyyat olsa da, həkimlərin səyi nəticəsində proses uğurla başa çatıb: “Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov qeyd edir ki, hamiləliyin çox riskli olduğu xəstəyə əvvəlcədən izah edilmişdi. Buna baxmayaraq, ailə hamiləliyi davam etdirmək qərarını verib. Hamiləliyin 24-cü həftəsinə qədər hər şey normal getsə də, bundan sonra xəstənin ayağında çox cüzi şişkinlik və təngnəfəslik əmələ gəlib.

“Xəstəxanada konsiulum toplandı, uşaq həkimi, ürək cərrahı həkimləri, anestezioloqlar, reanimatoloqlar fikirlərini bildirdilər. Hətta hamilələyə son verilməsi təklifləri səsləndi. Lakin mən bununla razılaşmadım. Hamılıqla hamilə ikən əməliyyatın icra olunmasına qərar verildi”.

T.Canbaxışov deyib ki, bundan əvvəl Tədris Cərrahiyyə Klinikasında ürək əməliyyatları keçirilib. Lakin ilk dəfədir ki, hamilə qadında belə əməliyyat aparılıb.

“Əməliyyat uğurla həyata keçirildi. Hipotermiya icra olundu - ürək dayandırılaraq əməliyyat olundu. Bu, dünyada 3-cü, Azərbaycanda isə ilk belə əməliyyat idi. İnkişaf etmiş ölkələrə nəzər salsaq, orada da 90 faiz hallarda əməliyyatlar dölü itirmə ilə nəticələnib. Çünki bu tip əməliyyatlarda ananın ürəyi dayandırılır, xəstə soyudulur. Biz də bu cür riski göz önünə aldıq”.

T.Canbaxışov deyir ki, belə hallarda cərrahi briqadadan çox şey asılıdır. ATU Tədris Cərrahiyyə Klinikası isə bu cür peşəkar, öz işinə diqqətlə yanaşan, məsuliyyətli həkimləri ilə qürur duyur. Onlar daim xəstələrin sağlamlığının keşiyində dayanmağa hazırdırlar.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Magistratura üzrə boş yerlərə əlavə yerləşdirməyə start verilir

Global Times: Putin ölkələri dollardan imtina etməyə təşviq edən ultimatumla çıxış etdi

Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Əflatun Amaşov: Saxta məlumatların yayılması təhlükəsizliklə bağlı işlərə kölgə salır

Azərbaycanda havanın temperaturu beş dərəcəyədək aşağı enəcək

FHN temperaturun yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib

İyulun 20-dək havanın temperaturu 44 dərəcəyədək artacaq

Şənbə günü havanın temperaturu 43 dərəcəyədək artacaq

Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Növbəti iki həftədə havanın temperaturu 43 dərəcəyədək artacaq

DİM: Magistraturaya qəbulun nəticələri açıqlanıb

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq

Argentina mübahisəli adalara xüsusi status verilməsinə görə Britaniyaya etiraz edib

Gürcüstanın baş naziri Aİ-nin namizəd statusunu rədd etməsi səbəbindən istefa verməyi planlaşdırmır

Kosaçev: Ukraynaya namizəd statusunun verilməsi Aİ üçün alçaldıcıdır

Araxamiya: Ukrayna Aİ-yə namizəd statusu alaraq postsovet siyasəti ilə vidalaşıb

Avropa Parlamenti Ukrayna və Moldova üçün Aİ-yə namizəd statusunu dəstəkləyən qətnamə qəbul edib

Şarl Mişel: Əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik

17 Avqust 2022, 19:02 (GMT +4)
İslamiada: Qadın cüdoçulardan ibarət millimiz 3-cü olub

17 Avqust 2022, 18:00 (GMT +4)
Azərbaycan və Misir turizm əlaqələrinin inkişafını müzakirə edib

17 Avqust 2022, 17:53 (GMT +4)
"Azercell Telecom" abunəçilərinə xəbərdarlıq edib

17 Avqust 2022, 17:50 (GMT +4)
Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

17 Avqust 2022, 17:42 (GMT +4)
Azərbaycanda son on gündə 6 nəfəri gün vurub

17 Avqust 2022, 17:32 (GMT +4)
İran nüvə sazişi ilə yanaşı ABŞ-la məhbusların mübadiləsinə hazır olduğunu bildirib

17 Avqust 2022, 17:20 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

17 Avqust 2022, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub

17 Avqust 2022, 17:00 (GMT +4)
Tramp malikanəsində axtarışlardan sonra vəkil tutmağa çalışır: Hamı ona yox deyir

17 Avqust 2022, 16:57 (GMT +4)
DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17 Avqust 2022, 16:47 (GMT +4)
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər

17 Avqust 2022, 16:40 (GMT +4)
AFFA milli komandalara yeni tərəfdaş tapıb

17 Avqust 2022, 16:37 (GMT +4)
"Azərişıq" şəbəkəyə qanunsuz qoşulma halları aşkar edib

17 Avqust 2022, 16:27 (GMT +4)
Çavuşoğlu: Türkiyə ilə İsrail səfir mübadiləsi həyata keçirəcək

17 Avqust 2022, 16:17 (GMT +4)
İraqda partiyalar ölkədə siyasi böhranın bitməsi üçün təcili toplantı keçirirlər

17 Avqust 2022, 16:12 (GMT +4)
MN: “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib

17 Avqust 2022, 16:00 (GMT +4)
Ölkə üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb

17 Avqust 2022, 15:47 (GMT +4)
Arestoviç ukraynalıları ruslara nifrət etdikləri üçün tənqid edib

17 Avqust 2022, 15:45 (GMT +4)
Ağalı kənd məktəbinə vakansiya seçiminə start verilir

17 Avqust 2022, 15:35 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər (YENİLƏNİB)

17 Avqust 2022, 15:30 (GMT +4)
İslamiada: Cüdo millimiz finala çıxıb

17 Avqust 2022, 15:25 (GMT +4)
Saakaşvili Ukraynadakı “mübarizədə iştirak etmək” istədiyini bildirib

17 Avqust 2022, 15:23 (GMT +4)
BNA “Qarabağ”ın oyunu ilə bağlı müraciət edib

17 Avqust 2022, 15:11 (GMT +4)
İran: Nüvə sazişi yolundayıq, razılaşma ilə aramızada elə də məsafə qalmayıb

17 Avqust 2022, 15:04 (GMT +4)
Ombudsmanın nümayəndələri Azərbaycanda məhkum edilmiş Ermənistan vətəndaşları ilə görüşüb

17 Avqust 2022, 15:00 (GMT +4)
Çempionlar Liqası: "Qarabağ" "Viktoriya" ilə qarşılaşır

17 Avqust 2022, 14:52 (GMT +4)
Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib

17 Avqust 2022, 14:40 (GMT +4)
Mənbə: Ərdoğan Lvovda İstanbul prosesinin bərpası üçün çıxış edə bilər

17 Avqust 2022, 14:30 (GMT +4)
Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

17 Avqust 2022, 14:28 (GMT +4)
Suriya hökuməti ABŞ vətəndaşlarının saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66