Nigar Arpadarai: ""Formula 1" Avropa Qran Prisində iştirak edəcək marşalların təlimlərinə start verilib"11 Dekabr 2015, 15:50 (GMT +4) Bakı, 11 dekabr, SalamNews, H.İbadlı. “Gələn il Bakıda keçiriləcək “Formula 1” Avropa Qran Prisi ilə bağlı hazırlıqlar plana uyğun gedir”
Bunu SalamNews-a Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, oyunların başlayacağı gün üçün ilkin təqvimə görə 19 iyun tarixi nəzərdə tutulub: “Artıq könüllülərin cəlb olunmasına, marşalların təlimlərinə başlamışıq. Bəzi ərazilərdə işlərə start verilib. Amma əsas tikinti işləri gələn ilə planlaşdırılıb. Bura asfalt qatının salınması, tribunların və təhlükəsizlik baryerlərin qurulması kimi işlər daxildir”.
Nigar Arpadarainin sözlərinə görə, yarışdan gözləntiləri böyükdür: “Çünki “Formula 1”dünyada olan ən mötəbər və ən çox sevilən yarışlardan biridir. Bu tədbiri 187 ölkədən 500 milyona yaxın əhali izləyir. Ona görə də “Formula 1” fanatlarının Azərbaycana gələcəyini gözləyirik. Yarışlara ümumilkdə 21 ölkə qatılacaq və 10 komanda iştirak edəcək. Hər komanda da 2 pilot olacaq”.
“Ümumilikdə 5000 nəfərə yaxın könüllü və bunlardan da 1000 nəfər yaxını marşal olacaq. Marşallar xüsusiylə xaricdən cəlb olunur. Proses könüllük prinsipi əsasında həyata keçirilir. Marşallar qlobal icma kimi formalaşıblar. Oyunların hansı ölkədə keçirilməsindən aslı olmayaraq, orada öz funkisyalarını uğurla həyata keçirilər. Ümid edirik ki, Azərbaycanda da laiqlə iştirak edəcəklər”, - deyə şöbəsinin rəhbəri əlavə edib.
|