Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Qüdrət Həsənquliyev: “Belə getsə MTRŞ ANS-i bağlayacaq”

29 Dekabr 2015, 14:50 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews, H.İbadlı. Milli Məclsin payız sessiyasının bu gün keçirilən son plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" Qanunda dəyişiklik edilməsi müzakirə edilib.

SalamNews xəbər verir ki, müzakirə zamanı bildirilib ki, dəyişikliyə əsasən Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Deputat Qüdrət Həsənquliyev dəyişikliyin ANS televiziyasının bağlanmasına gətirib çıxaracağını bildirib: “Hər gün Milli Televiziya və Radio Şurasının ANS-i cərimələməsi ilə bağlı xəbərlər oxuyuruq. Əgər belə gedərsə, onda onlar ANS-i bağlayacaqlar. Heç olmasa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibət görürük”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, qanun layihəsi qəbul olsa, o zaman məhkəmənin işinə ehtiyac olmayacaq: “Belə olanda məhkəmə hakimiyyəti icra orqanı ilə bölüşdürülür. Buna diqqət edilməlidir. Heç olmasa, hansısa qurumun qərarı ilə televiziyanın fəaliyyəti 3 gün dayandırıla bilsin və sonra məhkəməyə müraciət edərək nəyə görə bağlanması barədə əsaslandırılsın. Bu olmasa, müəyyən icra qurumu məhkəmə funksiyasını mənimsəyəcək. Bu, problemdən çıxış yolu deyil. Bunun yolu məhkəmədən keçir”.

Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, deputat Əflatun Amaşov qeyd edib ki, Televiziya və radio yayımı haqqında qanunda nəzərdə tutulur ki, MTRŞ hər hansı televiziyanı bağlaya bilər: “Artıq Azərbaycanda televiziya və radio yayımı haqqında müvafiq qanun var. Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər-hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Bunun üçün müvafiq məhkəmə var və məhkəmənin qərarı olmalıdır. Hesab edirəm ki, bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə var. Mən də bu qanuna dəyişikliklərə səs verəcəm”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2020, 13:37 (GMT +4)
BDYPİ: 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub

06 İyul 2020, 13:20 (GMT +4)
Lənkəranda əl qumbaraları və sursat aşkarlanıb

06 İyul 2020, 13:09 (GMT +4)
Rusiyada son sutkada COVID-19 yoluxanların sayı 6,6 min nəfəri keçib

06 İyul 2020, 12:58 (GMT +4)
DİN: Xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər həbs edilib

06 İyul 2020, 12:43 (GMT +4)
Kəbə evinə əl sürtmək və Qara daşı öpmək qadağan edilib

06 İyul 2020, 12:41 (GMT +4)
Rusiyanın Azərbaycanın hava məkanından istifadə edərək İrana zərbə endirməsi yalandır (RƏSMİ)

06 İyul 2020, 12:21 (GMT +4)
BDU-nun müəllimi əməliyyatdan sonra vəfat edib

06 İyul 2020, 12:20 (GMT +4)
Ennio Morrikone vəfat edib

06 İyul 2020, 12:10 (GMT +4)
Hindistan COVID-19-a görə Tac Mahalın açılışını təxirə salıb

06 İyul 2020, 12:06 (GMT +4)
Azərbaycanda bəzi məzunlara buraxılış imtahanında iştirak etmədən attestat veriləcək

06 İyul 2020, 11:57 (GMT +4)
İraq ABŞ-ın Bağdadın mərkəzində havadan müdafiə kompleksi yerləşdirməsini pisləyib

06 İyul 2020, 11:41 (GMT +4)
Nazir: 16 şəhər və rayon üzrə 287 min nəfərə birdəfəlik ödəmə veriləcək

06 İyul 2020, 11:27 (GMT +4)
Tramp pandemiya başlayandan ikinci seçkiqabağı  mitinqini keçirəcək

06 İyul 2020, 11:20 (GMT +4)
“Qala Həyat” müasir standartlara uyğun yenilənmiş saytını təqdim edib

06 İyul 2020, 11:08 (GMT +4)
Ayətullah Xamenei HƏMAS rəhbərliyinə məktub yazıb: sizi dəstəkləməkdən əl çəkməyəcəyik

06 İyul 2020, 11:01 (GMT +4)
UNEC brendi Estoniyada tanınıb

06 İyul 2020, 10:50 (GMT +4)
Hindistan koronavirusa yoluxma hallarının sayına görə Rusiyanı keçib

06 İyul 2020, 10:47 (GMT +4)
Xaçmazda toy edən bəy və qonaqları saxlanılıb

06 İyul 2020, 10:36 (GMT +4)
Fələstində karantin müddəti daha bir ay uzadılıb

06 İyul 2020, 10:30 (GMT +4)
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlanıb

06 İyul 2020, 10:17 (GMT +4)
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

06 İyul 2020, 10:17 (GMT +4)
Əməkdar artist Tofiq Hüseynov vəfat edib

06 İyul 2020, 09:54 (GMT +4)
İranın Nətənz nüvə obyektinə edilən hücum daxildən həyata keçirilib - KİV

06 İyul 2020, 09:53 (GMT +4)
DİN "Fairmont"dakı əməliyyatla bağlı məlumat yayıb

06 İyul 2020, 09:40 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı bir nəfər ölüb

06 İyul 2020, 09:22 (GMT +4)
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06 İyul 2020, 09:18 (GMT +4)
Liviyada Türkiyə zabitlərinin olduğu bazaya aviazərbələr endirilib, ölənlər var (VİDEO)

06 İyul 2020, 09:11 (GMT +4)
Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının azaldığını açıqlayıb

06 İyul 2020, 09:00 (GMT +4)
Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatları aşkarlanıb

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66